Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ukraynada həbs edilən azərbaycanlı dələduz ölkəmizə ekstradisiya edildi

Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan vətəndaşı Mövsümov Mövsüm Vaqif oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, M.Mövsümov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

26.11.2021-ci il tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə M.Mövsümov Ukraynadan Azərbaycana gətirilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə