Ukraynadan şok: İsraillə vizasız rejimi ləğv edir
Ukrayna İsraillə vizasız rejimin ləğvi imkanlarını nəzərdən keçirir.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Kiyev Post” məlumat yayıb.
“Əsas səbəb İsrailin Ukraynaya qarşı sistemli qeyri-dost hərəkətləri və beynəlxalq aləmdə faktiki Rusiyayönümlü mövqeyidir. Kiyev həmçinin İsrailin Ukraynaya hərbi yardımla bağlı Ramşteyn formatında keçiriləcək görüşlərdən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edir”, - məlumatda qeyd olunub.