Ukraynalı hərbçi koronavirusdan öldü
Ukrayna ordusunda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Tibbi komandanlığı məlumat yayıb.
Komandanlıqdan bildirilib ki, dörd hərbçi koronavirusa yoluxub, 87 hərbi qulluqçu isə karantindədir.
Qeyd edək ki, Ukraynada 45 nəfər COVID-19 pandemiyasının qurbanı olub.