"Optikanın aşağı keyfiyyəti ucbatından rusiyalılar saxta maketləri həqiqi HIMARS-lardan ayıra bilmir..."
"Bir neçə həftə ərzində saxta hədəflərdən istifadə nəticəsində rusiyalı hərbçilər ən azı 10 ədəd qanadlı raket atıb..."
Ukraynalı hərbçilər Rusiya qoşunlarını çaşdırmaq üçün yanlış hədəflər- Amerikanın "HIMARS" yaylım atəşli reaktiv sistemlərinin (YARS) taxta maketlərini yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat verib.
Saxta maketlərin fotolarını jurnalistlərə amerikalı və ukraynalı məmurlar tədqim edib.
Nəşrin həmsöhbətləri qeyd edib ki, optikanın aşağı keyfiyyəti ucbatından rusiyalılar taxta YARS-ları həqiqi HIMARS-lardan ayıra bulmir, beləliklə, rusiyalı hərbçilər saxta nünumələrin məhvinə bahalı uzaq mənzilli qanadlı raketlər sərf edir.
Səhra şəraitində saxta hədəflərdən bir neçə həftə ərzində istifadə edilməsi nəticəsində ən azı 10 ədəd "Kalibr" qanadlı raket atılıb.
Ukrayna belə taktiki uğur qazandığına görə bu cür saxta hədəflərin istehsalını genişləndirib.
"Öz sayına və yaxşı təchizatına görə üstün olan düşmənin hücumlarını dəf etmək üçün Ukrayna Silahlı Qüvvələrinin tətbiq etdiyi bir çox taktikalarından biri də saxta hədəflərdən istifadə edilməsidir.
Məhz buna görə də Rusiya MN dəfələrlə elə sayda HIMARS-ların məhvi barədə raport verib ki, USQ-də fiziki olaraq o sayda raket sistemi yoxdur.
Lakin ukraynalı hərbçilərin taktikası həm də Amerika YARS-larının döyüş meydanında necə əhəmiyyətli olduğunu göstərir", - qəzet Ukrayna hakimiyyəti nümayəndəsinin sözlərindən iqtibas gətirir.
Demək olar ki, hər gün müdafiə naziri Sergey Şoyqu və MN-nin digər nümayəndələri Qərb raket sistemləri, o cümlədən HIMARS YARS-larına raket zərbələri endirilməsini elan edir, lakin hazırda bir ədəd belə sistemi məhv etmək mümkün olmayıb", qəzet iddia edir.
"Nazir Şoyqunun bəyanatları bizə bəllidir, lakin onlar həqiqəti əks etdirmir. Həqiqət isə ondan ibarətdir ki, ukraynalılar yüksək dəqiqliklə vuran raket komplekslərindən məhvedici dəqiqliklə və effektli şəkildə tətbiq edir", - Pentaqon nümayəndəsi Todd Bresseyl bəyan edib.
O, əlavə edib ki, məhz HIMARS-lar Rusiya SQ-nin irəliləməsini ləngidib və bu sistemlərlə Ukraynaya düşmənin arxa cəbhəsində yüzlərlə hədəfləri-təchizat kanalları, silah anbarları, logistik qovşaqlarını məhv etməyə imkan verib.