Ukraynanın raketləri ilə balıq yemləmək olar - Rus ekspert
Ukraynanın Rusiyanın nüvə-raket potensialını müzakirə etməməsi məsləhətdir.
Bu sözləri rusiyalı hərbi ekspert Viktor Litovkin Ukraynanın raket sınağı ilə bağlı açıqlamasında deyib.
“Krım yarımadası etibarlı şəkildə qorunur. Bizim orada aviasiya qüvvələrimiz - qırıcılar, hücumçular, bombardmançılar, Top-M2 və S-400 də daxil olmaqla, havadan müdafiə komplekslərimiz, Qara dəniz donanmamız var. Ukrayna raketləri isə köhnə sovet nümunləridir. Onlarla ancaq Qara dənizdə balıqları yemləmək olar”, - deyə Litovkin bildirib.
Qeyd edək ki, Ukranya Odessada “Neptun” kompleksinin R-360 qanadlı raketinin sınağını keçirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov bildirmişdi ki, sözügedən raketlər bir neçə dəqiqəyə Krım körpüsünü məhv edə bilər.