Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
01.06.2017

Uşaq Gənclər İdman Məktəbində açıq birincilik keçirilib

Sumqayıt şəhər 1 saylı Uşaq Gənclər İdman Məktəbində 28 May-Respublika Gününə həsr olunmuş açıq birincilik keçirilib. Boks, basketbol, futbol, stolüstü tennis və üzgüçülük idman növləri üzrə keçirilən yarışlara 450 nəfərdən artıq idmançı qatılıb.

Yarışın keçirilməsində əsas məqsəd müvafiq idman növləri üzrə perspektivli idmançıların üzə çıxarılması, yarış təcrübələrinin artırılması, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstəyin göstərilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsindən ibarət olub.

Birinciliyin qalibləri kubok, medal və qiymətli hədiyyələrlə təltif olunub.

Sumqayıt şəhər 1 saylı Uşaq Gənclər İdman Məktəbində 28 May-Respublika Gününə həsr olunmuş açıq birincilik keçirilib. Boks, basketbol, futbol, stolüstü tennis və üzgüçülük idman növləri üzrə keçirilən yarışlara 450 nəfərdən artıq idmançı qatılıb
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə