Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ÜST yeni pandemiyalara hazırlıq məqsədilə ümumavropa şəbəkəsi yaradıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcək pandemiyalara daha hazırlıqlı olmaq üçün Xəstəliklərə Nəzarət üzrə Ümumavropa Şəbəkəsini (NDC) işə salıb.

Bu barədə ÜST-nin Avropa Bürosunun bəyanatında bildirilib.

“Bu gün ÜST-nin Avropa Regional Bürosu Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) ilə birlikdə Xəstəliklərə Nəzarət üzrə Ümumavropa Şəbəkəsini (NDC) işə salıb”, - sənəddə qeyd olunub.

Verilən məlumata görə, UKHSA-nın baş icraçı direktoru Cenni Harris NDC-nin rəhbər qrupunun müvəqqəti sədri olacaq.


ÜST aydınlaşdırıb ki, yeni departamentin vəzifəsi Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən ÜST-nin Avropa regionunun potensial risklərin qlobal təhlükələrə çevrilməmişdən əvvəl erkən müəyyən edilməsi və yumşaldılması yolu ilə hazırlığını artırmaq olacaq. NDC, həmçinin xalqlar arasında əməkdaşlıq və bilik mübadiləsinə tövhə verməli və ümumi standartları təşviq etməlidir.

Mənbə: “RIA Novosti” “Telegram” kanalı

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə