Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Vaksin vurdurmadı, özü, anası və nənəsi üç gün ərzində öldü...

Türkiyənin Ordu bölgəsində bir ailənin üç üzvü üç gün ərzində koronavirusdan ölüb. Xeberinmerkezi.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 35 yaşlı Mustafa Altıntaş, 67 yaşlı anası Hamide Altıntaş və 84 yaşlı nənəsi Ayşe Yılmaz özlərini pis hiss edərək yerli xəstəxanaya müraciət ediblər. Onların koronavirus testinin nəticəsi müsbət çıxıb. Vəziyyəti ağır olan Ayşe Yılmaz həmin gün reanimasiyaya yerləşdirilib, amma həkimlərin müdaxiləsi kömək etməyib və yaşlı qadın avqustun 24-də vəfat edib. Ertəsi gün Hamide Altıntaşın vəziyyəti sürətlə ağırlaşıb və o da vəfat edib. Avqustun 26-da isə gənc Mustafa Altıntaş koronavirusun ağ ciyərlərini parçalaması nəticəsində həyatını itirib.


Ordunun Kabadüz bələdiyyəsinin başqanı Yener Kaya bildirib ki, ölən ailə üzvləri koronavirusa qarşı peyvənd vurdurmayıblar. Ailənin başqa fərdlərinin də koronavirus karantininə yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, dünyanın əksər ölkələrində olduğu kimi Türkiyədə də koronavirusun “delta” ştammı sürətlə yayılır və ölümlər artır. Mütəxəssislər qeyd edirlər ki, bu ştamma yoluxanların vəziyyəti qəfildən ağırlaşa və hətta ağ ciyərlərin minimal zədələnməsi belə plevra boşluqlarının partlaması nəticəsində ölümlə nəticələnə bilər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə