Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Vaşinqtonda erməni təxribatının qarşısı alındı - FOTO


ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan Azərbaycan icmasının üzvləri Dövlət Departamenti binasının qarşısında erməni icmasının üzvləri ilə qarşı-qarşıya gəliblər.

“Report”un xarici müxbiri xəbər verir ki, aksiya Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayan zamanı qeydə alınıb.\

Belə ki, erməni icmasının üzvləri Dövlət Departamentinin binasının önünə gələrək saxta iddialar səsləndirməyə çalışıblar.

Lakin həmvətənlərimiz onların yalan iddialarına faktlarla cavab veriblər. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində törədilən qanlı cinayətlərin fotoşəkillərini nümayiş etdiriblər.

Aksiyaya Vaşinqton polisi müdaxilə edib və xüsusi aqressiv davranışlar nümayiş etdirən bir neçə ermənini həbs edib.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə