Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Versal sarayında növbəti bomba xəbərdarlığı



Bu gün yerli vaxtla səhər 11.50-də Versal sarayı təxliyə elan edib.

Xeberinmerkezi.az xəbər verir ki, sarayın X sosial şəbəkəsindəki məlumatda deyilib.

“Versal sarayının ziyarətçiləri təhlükəsizlik baxımından təxliyə olunublar. Saray müvafiq yoxlama aparıldıqdan dərhal sonra açılacaq. Biz sizin anlayışınızı dəyərləndiririk”, - məlumatda vurğulanıb.

Fransa polisinin məlumatına görə, təxliyə bomba partlayışı təhlükəsi ilə əlaqədar yaranıb.

Qeyd edək ki, bu, son günlər ərzində baş verən altıncı insidentdir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə