Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Volodimir Zelenski ABŞ və Rusiya liderlərinin görüşəcəyi yeri tənqid edib

    Hesab etmirəm ki, Budapeşt ABŞ və Rusiya liderlərinin Ukraynadakı vəziyyəti müzakirə edəcəyi ən yaxşı məkandır... Çünki orada söhbət Ukraynada sülhün bərqərar olmasından gedəcək, Macarıstanda keçirilən seçkilərdən yox.

    AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə ABŞ və Rusiya liderləri Donald Trampla Vladimir Putinin Budapeştdə keçiriləcək görüşünə münasibət bildirərkən deyib.

    Ukrayna lideri əlavə edib ki, belə görüş üçün digər layiqli məkanlar mövcuddur. Onların arasında İsveçrə, Avstriya, Vatikan, Səudiyyə Ərəbistanı, Qatar və Türkiyə kimi ölkələr var.

    Volodimir Zelenski, həmçinin vurğulayıb ki, Macarıstanın Baş naziri ukraynalılar üçün heç bir müsbət addım ata bilməz.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR