Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Xameneyidən ABŞ-a nota

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi birləşməsinin həlak olmuş komandiri general-mayor Qasım Süleymaninin qisasını alacaqlarını açıqlayıb.

Xeberinmerkezi.az bildirir ki, Xameneyi ölkədə üçgünlük matəm elan edib.

“Süleymani cənnətməkan oldu. Süleymanini qətlə yetirən caniləri sərt intiqam gözləyir. Süleymaninin öldürülməsi Birləşmiş Ştatlara və İsrailə qarşı müqaviməti ikiqat qızışdıracaq”, - ölkənin ali lideri bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə