Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Xoş xəbər var: Rusiyanın bu arzusunu məhv etdik

Ukrayna ordusu və xalqı Rusiya işğalçılarının Kiyevdə Donetsk kimi marionet hakimiyyət qurmaq arzusunu məhv etdi.

Bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.

“Müraciətimə xoş xəbərlə başlamaq istəyirəm: Biz ayaqda qaldıq! Və düşmənin hücumunu uğurla dəf edirik. Döyüşlər Vətənimizin müxtəlif şəhərlərində davam edir, ancaq bilirik ki, biz Vətənimizi, torpağımızı, uşaqlarımızın gələcəyini müdafiə edirik. Kiyev və əsas açar şəhərlər ordumuzun nəzarəti altıdadır”, - Zelenski bildirib.

O deyib ki, Kiyev səmasında, Vasilkovda, Vışqorodda əsl döyüş gedir:

“Düşmən bizə qarşı hər şeydən istifadə edir: raketlər, qırıcılar, PUA-lar, artilleriya, zirehli maşınlar, diversantlar, desantlar... İşğalçılar mülki evləri reaktiv artilleriya ilə vurur. Enerji obyektlərini məhv etmək istəyirlər. Onların çox alçaq taktikası var”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə