Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Xəstəxanada azyaşlı ölümü xəbəri təsdiqini tapmadı


Ötən gün Gəncədə doqquz yaşlı uşağın yıxılaraq ölməsi ilə bağlı yayılan xəbər təsdiqini tapmayıb.

2010-cu il təvəllüdlü Əli Qədim oğlu Rüstəmzadənin yaxınları Oxu.Az-a bildiriblər ki, uşaq hazırda xəstəxanada həkim nəzarəti altındadır.

Qeyd olunub ki, ötən gün Ə.Rüstəmzadənin qəflətən halı pisləşərək özündən gedib. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda vəziyyəti yaxşılığa doğru dəyişir.

Ə.Rüstəmzadənin ölüm xəbərinin yayılmasına gəlincə, xəstəxanadan müvafiq quruma yanlış məlumat verildiyi məlum olub. Bu yanlışlıq uşağın vəziyyətinin ötən gün son dərəcə pis olması ilə izah olunur.

3 iyun, 22:42

Gəncə şəhərindəki ticarət mərkəzlərinin birində bədbəxt hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Rüstəmzadə Əli Qədim oğlu hündürlükdən yıxılaraq, ağır xəsarət alıb.

Şəhərdəki xəstəxanalardan birinə çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə