Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Xəstəxanaya yerləşdirilən polis polkovniki Abel Məhərrəmovun kürəkəni imiş 


 Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polkovnik Azər Sadıqov xəstəxanaya yerləşdirilib.

Xeberinmerkezi.az Unikal.org-a istinadən bildirir ki, Azər Sadıqov Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda səhhəti ağırdır.

Qeyd edək ki, Azər Sadıqov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, Abel Məhərrəmova məxsus olduğu deyilən “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov  açıqlamasında kürəkəni Azər Sadıqovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib: “Hazırda xəstəxanada müalicə olunur.  İnşaallah tezliklə səhhətində yaranan problemlər aradan qalxar”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə