Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Xəzərin hasarlanmasına sərt reaksiya... - Deputatdan təklif

Deputat Fəzail Ağamalı Xəzər dənizinin hasarlanmasına etiraz edib.
Xeberinmerkezi.az Yerli KİV-ə istinadən xəbər verir ki, Fəzail Ağamalı bildirib ki, Xəzər dənizinin sahilini başdan-başa turizm məkanına çevirmək mümkündür: “Allahın verdiyi neməti qiymətləndirmirik. Xəzər dənizinin sahilini hasarlayıb, qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, hərə bir qiymət qoyur. Hasarlayanın imkanı varsa, orada yaxşı hotellər inşa etsin və nəticədə yeni iş yerləri açılsın, Xəzər dənizinin sahili insanların ixtiyarına verilsin. Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiyamızı ortaya qoymalıyıq”.
Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, bunu həyata keçirmək isə müvafiq icraedici orqanların işidir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə