Yanan təyyarə təcili eniş etdi
ABŞ-da San-Dieqodan havaya qalxan təyyarə yanmağa başlayıb.
REN TV-nin məlumatına görə, havada olarkən təyyarənin sağ mühərriki alışıb.
Hadisə sərnişinləri təşvişə salıb.
15 dəqiqə ərzində Albukerk ərazisinə təcili eniş edən təyyarədə heç kim zərər görməyib.