Yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri artıb
05-06-2017 | 08:54
2017-ci ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 530,0 milyon manatlıq xidmət göstərib ki, bunun da 71,7 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.Dövlət Statistika Komitəsindən bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi və ya 256,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
2017-ci ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 530,0 milyon manatlıq xidmət göstərib ki, bunun da 71,7 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.