Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

YAP-ın“çox mühüm” iclası başa çatdı, partiyanın tapşırıqları deputatlara çatdırıldı

YAP Siyasi Şurasının "çox mühüm" iclası az əvvəl başa çatıb.

Bildirilir ki, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib. İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

Bu gün saat 15.00-də hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası başlayıb. İclas barədə daha əvvəl Milli Məclisin spikeri Sahibə Qafarova anons verib. O, deputatları müzakirələri tez yekunlaşdırmağa çağırıb və deyib ki, saat 15.00-da YAP-ın “çox mühüm” iclası var. Lakin “mühüm iclasın” gündəliyində hansı məsələlərin dayandığı açıqlanmır. Yaxın saatlarda iclas yekunlaşacaq və nəticələr açıqlanacaq.

YAP-ın bu günkü iclası ərəfəsində Ana Vətən partiyasının sədri Fəzail Ağamalı ölkədə konstitusiya islahatlarına dair referendumun keçirilə biləcəyini deyib. Onun sözlərinə görə, dəyişikliklərdən biri də parlamentə proporsional (partiya siyahısı) əsasda seçkilərin bərpa edilməsi ola bilər. “Hazırda bu məsələ müzakirə olunur. Yəni seçkilər həm majoritar, həm proporsional əsasda keçirilə bilər”,-o deyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə