Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yaqub Zurufçu Bakıda solo-konsert verəcək

Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, konsertdə müğənni xalq və bəstəkar mahnıları ifa edəcək. Qeyd edək ki, onun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az-dan onlayn şəkildə əldə etmək olar.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə