Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yaralı əsgərə kömək adı altında yalnış məlumatlar yayılır


44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən Müharibəsi zamanı yaralanan əsgərlərimiz də oldu. Hər kəs onlara kömək üçün əlindən gələni etməyə çalışır.

Yaralı əsgərə kömək edilməsi barədə məlumatlar hazırlanır və sosial şəbəkələrə yerləşdirilir. Lakin bu tipli məlumatlar arasında yalan xəbərlər də var. Əsasən sosial şəbəkələrdə yayılan məlumatların araşdırılması zamanı vəziyyətin xeyli fərqli olduğu aşkarlanır. 

Bir sıra xəbər portalları da bu tipli məlumatları əlavə araşdırma aparmadan sosial şəbəkələrə istinadən yayırlar.

Sosial şəbəkə isifadəçilərinə və həmkarlarımıza müraciət edirik ki, yaralı əsgərlərlə bağlı məlumatları dəqiqləşdirib yaysınlar.

Vətəndaşlarımızın qazilərin vəziyyəti ilə bağlı müraciətlərini araşdırmağa və onlara müvafiq köməkliyin göstərilməsində dəstək olmağa hazırdır. Bunula bağlı redaksiyamız köməyə ehtiyaçı olan yaralı hərbçilərimizin müraciətlərini qəbul edir.    

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə