Yasamalda 64 yaşlı kişini maşın vurdu, vəziyyəti ağırdır
Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberinmerkezi.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şərifzadə küçəsində yolu keçən 1956-cı il təvəllüdlü Məmmədov Tahir Əli oğlunu minik avtomobili vurub.
Nəticədə piyada ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və vəziyyəti ağır olduğuna görə reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.