Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərs mövzuları açıqlanıb
17-08-2018 | 13:08
2018-2019-cu tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərs mövzuları açıqlanıb. İbtidai siniflərdə ilk dərs məşğələsi “Vətənim Azərbaycan” mövzusunda olacaq. 5-6 siniflərdə ilk dərs “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, 10-11 siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr ediləcək. Ümumtəhsil məktəbləri müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər həyata keçirir. Həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulur. Bundan başqa, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilir.
2018-2019-cu tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərs mövzuları açıqlanıb. İbtidai siniflərdə ilk dərs məşğələsi “Vətənim Azərbaycan” mövzusunda olacaq. 5-6 siniflərdə ilk dərs “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, 10-11 siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr ediləcək.