Yevlaxda ağır qəza: ölən və yaralanan var
Yevlaxda iki avtomobil toqquşub, ölən var.
Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində "Toyota" markalı avtomobil VAZ markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində bir qadın dünyasını dəyişib, daha bir nəfər xəsarət alıb.
Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.