Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yük maşını aşdı, Ələt yolu bağlandı 

Salyan şosesinin Qaradağ rayonu Ələt qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib. 

Xeberinmerkezi.az-ın məlumatına görə, "KamAZ" markalı, 90 SV 488 dövlət nömrə nişanlı yük avtomobili aşıb. 

Qum daşıyan yük maşınının aşması nəticəsində Salyan şosesinin Ələt qəsəbəsindən keçən hissəsində yol bağlanıb. 

Avtomobillərin hərəkəti köməkçi yola yönləndirilib. 

Hadisə yerinə polis və FHN xilasediciləri cəlb edilib. 

İlkin məlumata görə, yük maşınının sürücüsü ağır xəsarət alıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə