Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yunanıstan türk F-16-larına S-300-lərlə hücum edib?

Yunanıstanın kəşfiyyat missiyasını yerinə yetirən Türkiyə təyyarələrinə qarşı S-300 hava hücumundan müdafiə sistemlərini işə salıb.

, Bu barədə "CNN Türk" telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına aid F-16-ların avqust ayında Egey və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçuşları zamanı müttəfiqlik ruhuna uyğun gəlməyən böyük bir insident yaşanıb. Türkiyə təyyarələri Krit adasında yerləşdirilən S-300 hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. S-300-dən Rodos adasının 10 min fut qərbində kəşfiyyat missiyası aparan F-16 qırıcısına yer-hava tipli raket buraxılıb. Buna baxmayaraq, pilotlar öz planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar”, - kanal bildirib.

Yunanıstan Türkiyə F-16 təyyarələrinə S-300 hava hücumundan müdafiə sistemləri vasitəsilə hücum etməsi faktını təkzib edib və belə bir halın baş vermədiyini bildirib.

Bu barədə Yunanıstanın “Nyusbomb” saytı Yunanıstan Müdafə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə