Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yunanlar yenə türk təyyarəsinə hücum edib

Yunanıstan Hərbi Hava Qüvvələri NATO əməliyyatı çərçivəsində missiya yerinə yetirən Türkiyə patrul təyyarəsinə hücuma cəhd edib.

Bu barədə “Anadolu” agentliyi Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

“Yunanıstan Hərbi Hava Qüvvələri NATO-nun Aralıq dənizi bölgəsində təhlükəsizliyi təmin etmək üçün “Sea Guardian” missiyası çərçivəsində Türkiyə patrul təyyarəsinin qarşısını almağa cəhd edib. Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin silahlı olmadığını vurğulayıb. Nazirlikdən bildirilib ki, Yunanıstan tərəfinin hərəkətlərinə adekvat cavab verilib”, - məlumatda qeyd olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə