Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yəmən qiyamçılarına ağır zərbə endirildi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya qüvvələrinin təyyarələri Yəməndə hakimiyyətə qarşı döyüşən Husi üsyançılarına növbəti zərbə endirib.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” kanalı məlumat yayıb.

Məlumata görə, Əl-Dulaymi hərbi bazasına endirilən hava zərbələri zamanı husilərin Səudiyyə Ərəbistanına hücum məqsədilə istifadə etdiyi dörd PUA məhv edilib.

Bundan başqa, husilərin silah istehsalı mərkəzinə də avia-zərbələr endirilib.

Qeyd edək ki, Yəmən ordusu ötən gün Husi qruplaşmasına aid komanda və rabitə mərkəzlərini ələ keçirmişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə