Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut


Zakir Həsənov ordudan yazan jurnalistləri fəxri fərmanla təltif edib


Azərbaycanın müdafiə naziri Zakir Həsənov ordudan yazan jurnalistləri fəxri fərmanla təltif edib.

 

APA-nın məlumatına görə, bu münasibətlə müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev təltif olunan media təmsilçiləri ilə görüşüb.

Azərbaycanın düşmənlə həm səngərdə, həm də informasiya sahəsində müharibə apardığını qeyd edən K. Vəliyev bu savaşda media təmsilçilərinin üzərinə böyük vəzifə düşdüyünü xatırladıb.

 

Sonda K. Vəliyev respublikada həyata keçirilən ordu quruculuğunun təbliğində fəal iştirakına və Müdafiə Nazirliyi ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə müdafiə naziri Zakir Həsənov tərəfindən təltif olunan media təmsilçilərinə fəxri fərmanları təqdim edib.  

 

Qeyd edək ki, Z. Həsənov tərəfindən təltif olunan media təmsilçiləri arasında APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərov da var.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə