Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO


Zaqatalalı gənc incəsənətin çox az rast gəlinən növlərindən olan mozaika və dağlama sənətini yaşadır.

Hazırladığı əl işləri ilə çoxlarını heyrətə salan 29 yaşlı Həbibullah Babayevin ali təhsili yoxdur. 

İncəsənətə marağını irsi sayan həmsöhbətimiz uşaqlıqdan düzəltdiyi müxtəlif əşyalarla diqqət çəkib. Lazımsız maşın şinləri, mişar və qaya daşlarına ikinci həyat verən H.Babayev bu sənətin sirlərinə kimsənin köməyi olmadan, öz marağı nəticəsində yiyələnib.

O, səbr və diqqət tələb edən əl işlərini hazırlamaq üçün 3-5 gün vaxt  sərf edir. Düzəltdiyi əşyaları əsasən öz həyətində sərgiləyən gənc bu bacarığına qazanc yox, hobbi kimi baxır. 

H.Babayev əl işlərini satmasa da, bir neçə işini hədiyyə kimi qohumlarına verib. Olduqca yaradıcı və maraqlı gənc olan qəhrəmanımız gələcəkdə bu sənəti inkişaf etdirmək istəyir.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə