Zelenski Rövnəq Abdullayevlə görüşdü
Ukrayna Prezidenti Vladimir Zelenski Davosda SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşüb.
Bu barədə məlumatı Ukrayna Prezidentinin mətbuat xidməti yayıb. Görüş zamanı Zelenski SOCAR-ın infrastruktur layihələrinə, eləcə də Ukraynanın qaz nəqliyyat sisteminə investisiya yatırılması gərəkdiyini bildirib.
Zelenski Azərbaycana səfərini xatırladaraq, bu səfərin çox məhsuldar olduğunu da bildirib.