Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Zelenskiyə baxın və Nikolun Şuşada rəqsini xatırlayın - Mixaylov

Rusiya rəhbərliyinin planı dəyişməyib. Ukraynanın demilitarizasiyası və denasifikasiyası əməliyyatı dəyişməz olaraq qalır. Aydındır ki, postsovet məkanında bu barədə fikirlər kəskin şəkildə ayrılır, amma mən Donbasda 2014-cü ildə və daha sonra baş verənləri öz gözlərilə görən insanam və həqiqəti bilirəm.

Bu fikirləri mətbuata açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

“Uzun illərdir Donbasda kabus baş verirdi. Mən şəxsən görmüşəm ki, oarada necə dinc vətəndaşlar həlak olurdu, fermerlərin sahələrinə “Toçka U” raketləri atılırdı. Bütün bunları Ukrayna millətçiləri və bu ölkənin silahlı qüvvələri edirdilər. Bilirsiniz ki, mən həmişə öz fikrimi qorxusuz demişəm - Qarabağla bağlı mövqeyimdə olduğu kimi. O zaman erməni millətçiləri tərəfindən çoxsaylı hədələrə baxmayaraq, Azərbaycanın haqlı mövqeyini qorumağa çalışmışam. Siz anlayırsız Moskvada yaşaya-yaşaya bunu etmək nə qədər çəsarət tələb edirdi?

Mənim sözlərimdə yalan ola bilməz – Rusiya Ukraynanı zəbt etmək niyyətində deyil, hazırda bu ölkənin şərqində dinc rusdilli vətəndaşların məhv edilməsinin qarşısını almaq üçün əməliyyat aparılır.

Bir çoxları rus ordusunun fiaskoya uğradığından danışır. Guya Moskvanın planları düz getmədi. Mənim fikrimcə, bu məlumatlar doğru deyil”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya danışıqlar masası arxasına əyləşmək imkanı verib, Kiyev isə vaxt qazanmaq ümidi ilə bu prosesi uzadır:

“Hazırda aydındır ki, heç kim rus qoşunların hərəkətini dayandırmayacaq və əməliyyat yaxın günlərdə başa çatacaq. Fikrimcə, Ukraynada nəticə kimi ya yeni rəhbərlik ortaya çıxacaq, ya dövlətlərin tam neytral statusuna dair qərar qəbul ediləcək, ya da mövcud siyasi rəhbərlik öz dövlətinin və xalqının taleyi ilə bağlı qərarların qəbulunda müstəqil olmaq cəsarətini üzərinə götürəcək.

Güman edirəm ki, cənab Zelenski yumoristik janrın artistindən heç vaxt hansısa müqavimətin qəhrəmanına çevrilməyəcək. O, dövləti idarə etmir. O, qərbli tərəfdaşlarının əlində bir marionetdir. Qeyd edim ki, onu Qərb təbliğat maşını qəhrəman etməyə çalışır. Əgər Ukrayna ordusu Ali Baş Komandanın əmri ilə dinc əhalini canlı qalxan kimi istifadə edirsə, bu haqda başqa nə demək olar? Mənim üçün Zelenski artıq mövcud deyil, baxmayaraq ki, onun rejimini xilas etmək imkanı var. Zelenskiyə sadəcə, danışıqlara getmək və Moskvanın tələbləri ilə razılaşmaq lazımdır.

Siz xatırlayırsınız ki, Paşinyan Şuşada rəqs edəndə erməni mətbuatı onu “qəhrəman” etmişdi. “Qarabağda azərbaycanlıların izi belə olmayacaq” deyirdi. Nəticədə isə Ermənistan üçün hər şey məhv oldu. Ukrayna Rusiya ilə tammiqyaslı müharibəyə hazırlaşırdı, lakin Moskva bu müharibəyə yol verməmək qərarına gəlib və problemi bir xüsusi əməliyyatla həll etmək qərarı verib”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə