Zemandan Navalnı açıqlaması: Hər kəsə zərər dəyəcək
Qərb siyasətçilərinin Aleksey Navalnı ətrafındakı vəziyyəti Şimal Axını-2 qaz kəmərinin inşası ilə əlaqələndirmək cəhdlərinə təəccüblənirəm.
Xeberinmerkezi.az xəbər verir ki, bunu Çexiya Prezidenti Miloş Zeman deyib.
Onun sözlərinə görə, Navalnı ətrafındaki məsələni həll etmək bütün tərəflərin maraqlarına uyğundur.
“Düşünürəm ki, hazırkı vəziyyətdə izah ediləcək bir çox məsələ var. Navalnı hadisəninin araşdırılması Rusiya da daxil olmaqla bütün tərəflərin maraqlarına xidmət edir. Vəziyyətin çözülməsinə dair heç bir addım atılmasa, hər kəsə zərər dəyəcək”, - Çexiya prezidenti qeyd edib.
Bundan əlavə Miloş Zemon, ABŞ dövlət katibi Mayk Pompeonun respublikaya son səfərində yerli siyasətçilərə Rusiya və Çin ilə əməkdaşlıq etməmək haqqında tövsiyəsini xatırladıb.
Prezident bildirib ki, rəsmi Praqa kiminlə və hansı layihələrdə iştirak edəcəyinə özü qərar verəcək.