Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Əbdürrəhman Vəzirov 91 yaşında öldü

14:47 

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi olmuş Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Bu barədə mərhumun yaxınları məlumat verib. Ə.Vəzirov həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.

***

13:11

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib. Bu haqda məlumatı onun qohumlarına istinadən yayıblar.

Vəzirov 1930-cu ilin yanvarında anadan olub, SSRİ Xarici İşlər Nazirliyində işləyib və 1988-ci ilin mayında Azərbaycana rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi 1990-cı ilin qanlı yanvar hadisələrinə qədər davam edib. Sovet qoşunlarının Bakıya yeridilməsindən sonra Vəzirov Moskvaya qaçıb.

Bu günlərdə Vəzirovun adı Qazaxıstana KTMT sülhməramlıları adı altında Rusiya desant qoşunlarının yeridilməsi kontekstində gündəmə gəlməyə başlamışdı. Bir çoxları onu rus qoşunlarını Qazaxıstana çağıran Qasım-Jomart Tokayevlə müqayisə edirdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə