ƏLƏT QƏSƏBƏSİ 110 SAYLI MƏKTƏBİN UĞURLARI
Ölkəmizdə təhsilə olan diqqət və qayğının yüksək səviyyədə olması, alimlərimizin səsinin dünyanın bir çox aparıcı universitetlərindən gəlməsinə səbəb omuşdur. Təbii ki, bu ilk növbədə orta məktəblərdə verilən təhsilin səviyyəsindən asılıdır. Bakının qabaqcıl orta məktəblərindən biri də Qaradağ rayonu Ələt qəsəbəsindəki S. Məmmədov adına tam orta məktəbdir. 896 şagirdin təhsil aldığı bu məktəbdə onların təlim – tərbiyəsi ilə 56 müəllim məşğul olur. Heç də təsadüfi deyildir ki, məktəbin məzunlarından Rəcəbova Zəhra - 635 bal, Xosrovlu Aytən isə - 517 bal toplayaraq Tibb Universitetinə qəbul olunmuşlar. Həmçinin məktəbin 9-cu sinif şagirdləri bilik yarışmasında Qaradağ rayonu məktəbləri arasında 3-cü yerə layiq görülmüşlər. Məktəb 2011-ci ildə əsaslı təmir olunub. Burada dövlət başçısının, 1-ci vitse prezidentin, Heydər Əliyev fondunun və təhsil nazirliyinin təhsilə olan diqqət və qayğısını xüsusi ilə qeyd etmək lazımdır. Məktəbin aparıcı müəllimlərindən R. Sevda, O. Təranə, M. Ayşən, Ə. Gülnurə, S. Zoya, M. Xatirə, D. Ulduz, R. Günay, C. Dürdanə, V. Aygün, Z. Zemfira, Məlahət və Sərvinaz müəllimənin, ayrıca məktəbin direktoru Şəfayət xanım Orucovanın fəaliyyətini xüsusi ilə qeyd etmək lazımdır. Biz də öz növbəmizdə XƏBƏRİNMƏRKƏZİ olaraq məktəbin kollektivinə müvəffəqiyyətlərinin davamını arzulayırıq.
XƏBƏRİNMƏRKƏZİ
Ölkəmizdə təhsilə olan diqqət və qayğının yüksək səviyyədə olması, alimlərimizin səsinin dünyanın bir çox aparıcı universitetlərindən gəlməsinə səbəb omuşdur. Təbii ki, bu ilk növbədə orta məktəblərdə verilən təhsilin səviyyəsindən asılıdır.