Ər arvadını və onun anasını fiziki təhqirə məruz qoydu
Xəzər rayonunda döyülmə hadisəsi baş verib.
Xeberinmerkezi.az-ın məlumatına görə, Bakıda kişi həyat yoldaşını və qayınanasını döyərək xəsarət yetirib.
Belə ki, Buzovna qəsəbəsində kişi ailə münaqişəsi zəmnində həyat yoldaşı 1987-ci il təvəllüdlü Hacıyeva Xalidə Zabit qızı və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Güladə Sabir qızını döyərək xəsarət yetirib.