Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Ərdoğan ABŞ səfərindən imtina edir? – Sözçüdən açıqlama


Türkiyə Prezidenti Rəcəb Tyyub Ərdoğanın noyabrın 13-də ABŞ-a rəsmi səfəri təxirə salına bilər.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahin Kalın jurnalistlərlə söhbəti zamanı bildirib.

Kalın xatırladıb ki, bu səfər Donald Trampın dəvəti əsasında planlaşdırılıb: “Bu günə qədər səfərlə bağlı dəyişən bir şey yoxdur. 3 həftə əvvəl telefon söhbəti zamanı Tramp özü səfər dəvətini edib. Prezident Ərdoğanın səfər tələbi olmayıb”.

Sözçü bildirib ki, Ərdoğanın ABŞ səfərinin olub-olmayacağına dair hazırda dəyərləndirmələr davam edir: “Bu səfərdə məqsədimiz Vaşinqtonda görünmək deyil, ölkəmizin maraqları çərçivəsində nəticələr əldə etməkdir. Müdafiə sənayesi, terrorla mübarizə, qarşılqılı ticarətin həcminə qədər bir sıra məsələlər ABŞ-da müzakirə oluna bilər.

Bu hədəflərə çata bilməyəcəyimizə dair tərəddüdlər varsa, səfərin baş tutmaması da mümkündür. Prezident Ərdoğan dəyərləndirmələrini həyata keçirir və son qərarını verəcək”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə