Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ərdoğan Qətərə getdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər edəcək və burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək. Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Taninin dəvəti ilə baş tutacaq.

Komitənin iclası əl-Taninin sədrliyi və səlahiyyətli idarələrin rəhbərlərinin iştirakı ilə Dohada keçiriləcək. Tərəflər ikitərəfli münasibətləri müzakirə edəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə