Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ərdoğana telefonla danışmağı təklif etdim, ancaq... – Putin



Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefonla danışmaq istəyi haqda sualı cavablandırıb.

Putin ötən gün keçirdiyi mətbuat konfransında bu mövzuya toxunub.

“Biz telefonla danışmaq istəyirdik. Prezident Ərdoğan danışıq təklif etdi, ancaq mənim üçün əlverişli vaxt deyildi. Sonra mən bu gün (dünən – 29 iyul – red.) təklif etdim, onun üçün uyğun deyildi, sabaha (bu gün, 30 iyul) danışıq təklifi etdim, yenə onun üçün münasib olmadı. Qərara gəldik ki, bu həftənin 3-cü günü danışaq. Danışacağıq və qərara gələcəyik”.

Putin Ərdoğanla avqust ayında görüşlə bağlı da razılığa gəldiklərini, ya Rusiyada, ya da Türkiyədə görüşəcəklərini vurğulayıb.

Qeyd edək ki, “Voll Strit Jurnal” iki gün öncə Ərdoğanın Putinlə telefonla taxıl müqaviləsini müzakirə etmək istədiyini, lakin guya Rusiya liderinin bundan imtina etdiyini yazmışdı.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə