Ərdoğandan sensasion bəyanat: İsraillə hazırıq!
İsraillə əlaqələri yaxşılaşdırmağa hazırıq, ancaq Təl-Əviv əvvəlcə fələstinlilərə qarşı daha həssas bir siyasət nümayiş etdirməlidir.
Xeberinmerkezi az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, İsraillə Türkiyənin əlaqələrinin yaxşılaşması region və dünya üçün sərfəlidir:
“Ancaq hazırda İsrailin Fələstinə münasibətdə daha diqqətli siyasət yürütməsi vacibdir. İsrail Qüdsdəki Əl-Əqsa məscidinə da ehtiyatlı yanaşmalıdır”.