Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“40 məzun - 40 tələbə” 


Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən respublikanın 8 bölgəsində, eyni zamanda Gəncədə xüsusi istedadlar sinfi yaradılıb. Bu sinif Gəncədəki 27 saylı məktəb-liseydə təşkil olunub. Məktəbin bu ilki nəticələri maksimum həddə çatıb. Xüsusi istedadlar sinfini bitirən 40 məzunun hamısı yüksək nəticələr əldə edərək tələbə adına layiq görülüb.

600 bal toplamaqla Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsinə qəbul olan Əli Hüseynovun təhsildə yüksəlişə gedən yolu  Gəncənin 27 saylı məktəb-liseyinin xüsusi istedadlar sinfindən keçib. Onun kimi bu liseyi bitirən 40 məzunun hamısı tələbə adına layiq görülüb. İndi öz müəllimləri ilə vidalaşmağa gələn bu gənclər 11 il əvvəl əyləşdikləri partalarda ötən illəri kövrək hisslər və qururla xatırlayırlar.

Şübhəsiz ki, yüksək nəticələrə nail olan bu məzunların qazandıqları uğurlar valideynləri və onlara dərs deyən müəllimləri də sevindirir.

Məktəbdə son 45 dəqiqəni doğma siniflərində keçirən məzunlar öz müəllimlərinə bir daha minnətdarlıqlarını bildirdilər. Onlar orta məktəbdə olduğu kimi, ali məktəblərdə də yüksək təhsil alacaqlarına söz verdilər.

40 məzun - 40 tələbə. Onlardan biri isə 700 bal toplayanlar sırasındadır. Gəncədəki 27 saylı məktəb-liseyin xüsusi istedadlar sinfini bu il bitirən məzunların ən nüfuzlu ali məktəblərə qəbul olmaları həm də təhsil siyasətinin böyük uğurudur. İnanırıq ki, onlar gələcəkdə də etimadı doğruldacaq, ixtisaslı kadrlar kimi yetişəcək və ölkəmizin inkişafına töhfələr verəcəklər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə