“Arab News”: “Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı üçün Azərbaycanın seçilməsi təsadüfi deyil”
“Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Son zamanlar paytaxt Bakı beynəlxalq əhəmiyyətə malik mühüm iclaslara ev sahibliyi edib, ABŞ və Rusiya hərbi komandanları arasında 3 dəfə yüksəksəviyyəli iclas keçirilib”. Bu barədə “Arab News” qəzeti yazıb. Yazıda toplantının əhəmiyyəti, Azərbaycanın Əfqanıstan sülh prosesində oynadığı mühüm roldan, bu istiqamətdə gördüyü işlərdən bəhs olunub. Vurğulanır ki, beynəlxalq ictimaiyyətin diqqətinin Əfqanıstanda siyasi həll prosesinə yönəlməsi vacibdir. Bu, Əfqanıstan üçün davamlı sülhün və təhlükəsizliyin bərpa edilməsinə mühüm töhfə verə bilər.