Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Arsenal” qış transfer dönəmində türkiyəli futbolçu alır


Türkiyənin “İstanbul Başakşəhər” klubunun futbolçusu Berkay Özcan karyerasını İngiltərədə davam etdirə bilər.

22 yaşlı yarımmüdafiəçi “Arsenal”ın maraq dairəsinə düşüb.

Bu barədə “Transfermarkt” məlumat yayıb.

London təmsilçisi türkiyəli futbolçunu yanvarda heyətinə qatmağı planlaşdırır. Bu, “topçular”a üç milyon avroya başa gələcək.

Almaniya doğumlu futbolçu özü də məlumatı təsdiqləyib və meneceri ilə birgə “Arsenal”la danışıqlar apardığını deyib.

Qeyd edək ki, “Arsenal”da Almaniya doğumlu türkiyəli futbolçu var. Lakin Məsut Özil klubla müqaviləsi qalsa da, komandadan kənarlaşdırılıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə