Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Birbank” maaş və pensiya kartlarından da komissiya tutacaq?

Yeni qayda əmək haqqı və təqaüd (pensiya) kartlarına şamil edilmir.

Bu barədə “Birbank” məlumat yayıb.

“Əmək haqqı və pensiya kartlarından Birbank/Kapital Bank bankomatlarından nağdlaşdırma etdikdə əvvəlki kimi heç bir komissiya tutulmur. 27.11.2025 tarixindən etibarən edilən dəyişiklik yalnız seçilmiş müştərilərin Birbank debet kartlarına, kredit kartlarındakı şəxsi vəsaitlərə və Bakcell Ko-brend kartına aiddir”, - məlumat da qeyd olunub.

Qeyd edək ki, bundan öncə “Birbank” istifadəçilərinə 27 noyabr tarixindən etibarən “Kapital Bank” ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında 1% komissiya tətbiq olunacağı barədə mesaj göndərilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR