Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq” - İlham Əliyev


“Biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var”.

“Qafqazinfo” verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində söyləyib.

Dövlət başçısı qeyd edib: “Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə