Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Daşkəsən” dəmir filizi yataqları üzrə qiymətləndirmə aparılır  


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər heyəti “Daşkəsən” Dəmir Filizi Sahəsində səfərdə olub.

Tanışlıq məqsədilə baş tutan səfərdə universitetin rektoru, professor Mustafa Babanlı, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib. 

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov “Daşkəsən” Dəmir Filizi Sahəsi və ərazidə hazırda icra edilən işlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ölkə başçısının 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə “Daşkəsən” yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması cəmiyyətə tapşırılıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə