Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Hörümçək adam” ləqəbli şübhəli mühakimə olunur

Bakı, 31 yanvar, 

Parisdə Müasir İncəsənət Qalereyasından məşhur rəssamların əsərlərini oğurlamaqda günahlandırılan “Hörümçək adam” ləqəbi ilə tanınan şübhəlinin 20 ilədək həbsi tələb olunur.

Anadolu agentliyinə istinadən xəbər verir ki, “hörümçək adam” Pablo Pikasso, Anri Matiss, Jorj Nikah, Amedeo Modigliani və Ferdinand Leger kimi məşhur rəssamların əsərlərini 2010-cu ildə Parisin Müasir Sənət Qalereyasından oğurlamaqda təqsirli bilinir.

Oğurlanmış tabloların dəyəri 100 milyon avro məbləğində qiymətləndirilir. Fransız polisi şübhəlini tutmasına baxmayaraq, oğurlanmış tabloları hələ də tapa bilməyib. “Hörümçək adam” tabloların oğurlanmasını sifariş verənləri tanımadığını iddia edir. O, oğurluğu muzeyin mühafizə sisteminin nasazlığından istifadə edərək həyata keçirib.

Parisdə Müasir İncəsənət Qalereyasından məşhur rəssamların əsərlərini oğurlamaqda günahlandırılan “Hörümçək adam” ləqəbi ilə tanınan şübhəlinin 20 ilədək həbsi tələb olunur.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə