Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Jara” Beynəlxalq Musiqi Festivalına artıq sayılı saatlar qalıb

Rusiyalı turistlər arasında populyarlıq qazanan “Jara” Beynəlxalq Musiqi Festivalı təsadüfi deyil ki, MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib. Ötən il “Jara”da 10 mindən çox tamaşaçı olub. Möhtəşəm musiqi festivalı xoş məramı, iştirakçı kontingenti, zəngin proqramı, yüksək səviyyədə təşkili ilə fərqləndi. İyulun 26-dan 29-dək ənənəvi olaraq Bakıda Xəzərin sahilindəki “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına artıq sayılı saatlar qalıb. Hərarətli musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara dörd gün ərzində unudulmaz anlar yaşadacaq. İştirakçıların sayına gəldikdə, demək olar, Rusiya estradasının bütün ulduzları Bakıya toplaşacaq. Bu il festivalda 81 ifaçının, ümumilikdə isə 1000 nəfərə yaxın musiqiçinin iştirakı gözlənilir. İyulun 26-da təqdim ediləcək qala-konsertdə EMİN, Qriqori Leps, Filip Kirkorov, Sergey Lazarev, Timati, Ani Lorak, LOBODA, Aleksey Çumakov, A`Studio, Slava, Qlyuk’oza, Aleksandr Panayotov, Anna Sedokova, Monatik, NK, Qradusı, Maks Barskix, Yeqor Krid, Yuliya Kovalçuk, Feduk, MOT, L`ONE, Burito, Brandon Stone, Pitsa, Alekseyev, Vremya i Steklo, DoReDos, Therr Maitz, Mişa Marvin, Nyusha, Artik & Asti və başqaları çıxış edəcəklər. İyulun 27-də Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi təşkil olunacaq. Həmin günlərdə digər musiqiçilər də çıxış edəcəklər. Festivalda qırmızı xalı mərasiminin musiqi tərtibatına isə DJ Shock məsuldur. Məhz onun şövqlü treklərinin sədaları altında ulduzlar səhnəyə çıxacaq, festivaldan və yaradıcı fəaliyyətlərindən danışacaqlar. Festival çərçivəsində film çəkiləcəyi planlaşdırılır. “Odnajdı na jare” adlı filmdə həm peşəkar aktyorlar, həm də Rusiya şou-biznesinin nümayəndələri iştirak edəcəklər. Ekran əsəri “Jara” festivalında səhnəarxası hadisələri təsvir edən yay kinokomediyası olacaq. Yeri gəlmişkən,“Jara” brendi əsasında “Jara TV” və “Jara” radiostansiyası fəaliyyət göstərir. Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. “Jara-2018”in biletləri ötən il dekabrın 1-dən satışa çıxarılıb. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə