“Kobra Pərviz” “Survivor”a davası ilə damğa vurdu
Türkiyədə, eləcə də Azərbaycanda maraqla izlənilən həyəcanlı və qalmaqallı “Survivor” yarışmasının ilk bölümü yayımlanıb.
“Məşhurlar” komandasında yarışan azərbaycanlı - Kikboks üzrə dünya çempionu, “Qəbələ” İdman Klubunun üzvü Pərviz Abdullayevlə “Könüllülər” komandasının üzvü Yasin Obuz arasında dava olub.
Davaya səbəb oyun zamanı Pərvizin Yasinin komanda yoldaşının üstünə qışqırması olub. Onlar əlbəyaxa olublar. Bu zaman oyunçular tərəfləri sakitləşdirməyə çalışıb.
Sonda yarışmanın aparıcısı Acun Ilıcalı Pərvizin komandasının qalib gəldiyini elan edib.