“Odlar ölkəsi” adlı estrada ifaçılarının konserti keçiriləcək
22 June 2017
Azərbaycan Televiziyası Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Odlar ölkəsi” adlı estrada ifaçılarının konserti keçiriləcək. Konsert 2017 Formula 1 Azərbaycan Grand Prix yarışlarına dəstək məqsədi ilə keçirilir. Proqramda genc ifaçılar çıxış edəcəklər: Sərxan Cəfərov, Şövgi Əmrahov, Güllü Bəhərzalova, Nigar Xəlili, Tural Xəlilov, Şəfiqə Abbasova, Sevinc Cavadova, Ayla Şiriyeva, Safa Eldar, Fərəh Həsənzadə, Şeyda Ələsgərova, İradə Musayeva, Emin İsmayılov, Səbinə Əskərova. Layihənin rəhbəri Emin Həsənovdur. Konsert iyunun ayının 25-də saat 18:00 da Fəvvarələr meydanında baş tutacaq.
Azərbaycan Televiziyası Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Odlar ölkəsi” adlı estrada ifaçılarının konserti keçiriləcək.